Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunun direktor müavini Dünya Gənc Türk Yazarlarının I Bakı forumunda iştirak edib

07-10-2024 [ 13:56 ] [ oxunub:141 ]
printerA+ | A-
104888

Bakıda Dünya Gənc Türk Yazarlarının I Bakı forumu keçirilib. Forumda Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan gələn gənc yazarlar, tədqiqatçılar da iştirak ediblər.
Forumda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda Türk xalqları ədəbiyyatının tədqiqinin tarixi və bu günü ilə bağlı forum iştirakçılarına geniş məlumat verilib. Dosent Mehman Həsənli AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Türk xalqları ədəbiyyatının araşdırılması istiqamətində görülən işlərdən bəhs edib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR