Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“İrəvan gündəliyi” kitabının təqdimat mərasimi keçirilib

07-10-2024 [ 10:16 ] [ oxunub:9 ]
printerA+ | A-
104884

“Yenisi” Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İctimai Birliyinin növbəti layihəsi – “İrəvan gündəliyi” kitabının təqdimat mərasimi keçirilib.

Kitabda klassik və müasir Azərbaycan müəlliflərinin tarixi İrəvan şəhəri, o cümlədən İrəvan xanlığı haqqında yazdığı ədəbi mətnlər yer alıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin kitaba yazdığı rəydə bildirilib ki, “İrəvan gündəliyi” müstəqillik dövrü epoxasının “İrəvannaməsi”dir.

Layihənin eksperti, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu kitab barədə yazdığı “Ədəbiyyatda İrəvan konsepti” məqaləsində nəşrin gələcəkdə yeni mətnlərlə zənginləşdirilməsinin və bu istiqamətdə yeni tədqiqatların meydana çıxmasının zəruriliyini vurğulayıb.

Kitabı hazırlayan layihə rəhbəri, yazıçı Məqsəd Nur “İrəvan gündəliyi”nin əcnəbi mütəxəssislər üçün də əlçatan olacağına, daha dərin elmi, mədəni araşdırmalara təkan verəcəyinə inandığını söyləyib.

Digər çıxış edənlər bildiriblər ki, “İrəvan gündəliyi” layihəsində ilk dəfə olaraq ədəbiyyatda İrəvan konsepti ayrıca qabardılıb, sistemli şəkildə, mərhələlər üzrə işıqlandırılıb.

Nəşr Prezident İlham Əliyevin Qayıdış Konsepsiyasına çağırışının ruhuna uyğunlaşdırılaraq hazırlanıb. “İrəvan gündəliyi”nin tərtibatında istifadə edilmiş bütün rəsm əsərlərinin və qrafik elementlərin müəllifi isə XIX əsrdə yaşamış Azərbaycan portretçisi və ornamentalist rəssamı Mirzə Qədim İrəvanidir.

Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.

 

"Ədəbiyyat qəzeti", 05 oktyabr, 2024