Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” əsəri İmdat Avşarın tərcüməsində Türkiyədə nəşr olunub

07-10-2024 [ 10:11 ] [ oxunub:12 ]
printerA+ | A-
104883

Ölkəmizin Türkiyədəki səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi dahi şair və mütəfəkkir Nizami Gəncəvi irsinin tanıdılmasına, tədqiqinə və təbliğinə dair layihələr həyata keçirir.

Bu çərçivədə məşhur şərqşünas-alim, professor Yevgeni Bertelsin dahi Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən “Böyük Azərbaycan şairi Nizami” (“Azerbaycanın büyük şairi Nizami”) əsəri Azərbaycan dilindən türk dilinə tərcümə edilib. Əsəri türk dilinə Türkiyədəki “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, tərcüməçilik sahəsində böyük təcrübəsi olan doktor İmdat Avşar çevirib.

Türkiyədə nəşr olunmuş kitabın təqdimatı, habelə aparıcı kitabxanalara, elmi-tədqiqat müəssisələrinə hədiyyə olaraq göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” əsəri nizamişünaslıq və mütəfəkkir şairin yaradıcılığı ilə maraqlanan geniş oxucu kütləsi qarşısında böyük xidməti hesab olunur. O, Nizami Gəncəvi ilə yanaşı, Əlişir Nəvai, Əbdürəhman Cami, Sədi Şirazi, Firdovsi və başqa görkəmli şəxsiyyətlərin yaradıcılığını tədqiq edib.

 

azertag.az