Mikayıl Azaflı. Haqq aşığı yaranıbdı qəm çəkə. Bakı: Elm və təhsil, 2024, 318 s.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin və aşığın qızı Maral Azaflının tərtibçiliyi ilə Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” adlı şeirlər kitabı işıq üzü görüb. “Mikayıl Azaflının keşməkeşli həyatı və sənət dünyası (21.03.1924-12.10.1990)” başlıqlı Ön sözün müəllifi Əməkdar elm xadimi Qəzənfər Paşayevdir.
Aşığın 100 illik yubileyinə həsr olunan kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 11 mart 2024-cü il tarixli 2 saylı qərarı ilə nəşr edilib.
Toplunun redaktoru Əməkdar elm xadimi, Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin müdiri, filologiya elmləri doktoru,
professor Məhərrəm Qasımlı və aşığın qızı Gülarə Azaflıdır. Rəyçiləri Xalq şairi Zəlimxan Yaqub və akademik Muxtar İmanovdur. Kitabda Mikayıl Azaflının (Mikayıl Cabbar oğlu Zeynalov) seçmə şeirləri professor Qəzənfər Paşayevin şeir şəkliləri haqqında qısa məlumatları ilə verilmişdir.