24-26 sentyabr 2024-cü il tarixlərində Astanada (Qazaxıstan) Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir. Mədəniyyət Günləri çərçivəsində filologiya elmləri doktoru Fəridə Əzizovanın Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş "Füzulinin fəlsəfi irsi" adlı kitabının təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Arxiv, sənədləşmə və kitab işi komitəsinin sədri Rüstəm Əli, Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova və başqaları çıxış ediblər.