17-19 sentyabr 2024-cü ildə Rusiya Federasiyasının Ufa şəhərində “MDB dövlətlərinin yaradıcı və elmi ziyalılarının XVII Forumu” keçirilib. Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva “Инновации в искусстве и тpадиционная культура Азербайджана” (Azərbaycan incəsənətində və ənənəvi mədəniyyətində yeniliklər) adlı məruzə ilə çıxış edib. Böyük maraqla dinlənilən çıxışdan sonra Şəfa Əliyeva tədbir iştirakçılarının suallarını cavablandırib.
2006-cı ildən müxtəlif MDB dövlətlərində keçirilən beynəlxalq tədbir 2025-ildə Azərbaycanın mədəniyyət paytaxtı seçilən Laçın şəhərində keçiriləcəkdir.