Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

“Mən qorxmuram uzaq yola çıxmaqdan” (Almaz Ülvinin tərtibatında)

18-09-2024 [ 10:57 ] [ oxunub:61 ]
printerA+ | A-
104805

20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin xatirəsinə həsr olunmuş “Mən qorxmuram uzaq yola çıxmaqdan (şeirlər, poema və tərcümələr)” kitabı nəşr olunub.

Kitabı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova tərtib edib.

“Ülvi Yusif oğlu Bünyadzadə şəhid olandan sonra “Ülvi duyğularım” şeirlər kitabı ilə ədəbiyyat-sənət dünyasına qədəm qoymuşdu. Yenidən doğulmaq, yarımçıq bir ömrü bütöv yaşamaq, duyğulu könüllərə həyat eşqi, Vətən məhəbbəti səpmək üçün ədəbi irsi ilə qayıtdı. 1990-cı il 20 yanvarın günahsız qurbanı olan 20 yaşlı Ülvinin adının, xatirəsinin hamımız üçün təsəlliyə çevrilən şeirlərinin bütün yurdsevərlər, şeirsevərlər üçün eyni dərəcədə əziz olacağına ilk kitabında olduğu kimi, bu gün də - 55 yaşını andığımız gündə də inanırıq. Təqdim olunan “Mən qorxmuram uzaq yola çıxmaqdan” adlı kitabda Ülvinin gənc, kövrək qələmindən süzülən misralarını (şeirləri, poema və dünya ədəbiyyatının klassik incilərini) təkrar mütaliənizə təqdim edirik.

55 yaşını qeyd etdiyimiz 20 yaşlı Ülvimizin əziz xatirəsinə sevgi, məhəbbət və ehtiramla! Oxuyun, zövq alın, könlünüz Vətən eşqi ilə dolsun! “And”ına əl basıb Azərbaycanı bağrınıza basın!”, - deyə Almaz Ülvi kitaba yazdığı “Ön söz”də qeyd edib.

SİZƏ MARAQLI OLA BİLƏR