Ötən gün Media Araşdırma Mərkəzi və Azər.KİVİHİ tərəfindən ədəbiyyat sahəsində göstərdiyi xidmətləri nəzərə alınaraq Filologiya elmləri üzrə fəlsəfə doktoru,dosent Qəndab Əliyeva "Xan qızı Natəvan" ali media mükafatına layiq görülüb.
Xatırladırıq ki, Qəndab Əjdər qızı Əliyeva Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib.
Elmi fəaliyyətinə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində başlamışdır. Filologiya üzrə fəlsəfə doktoru, dosent olaraq
İlk monoqrafiyası isə “Mirzə İbrahimov nəsrində Cənub mövzusu” olmuşdur (2016).
2020-ci ildə ilk dəfə olalaraq XX əsr Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatının nümayəndələrindən biri olan, el şairi Muradəli Qüreyşi Qaflantının əlyazmalarını üzə çıxarıb 200 yaxın şeirlərini əski əlifbadan latın əlifbasına transliterasiya edərək “Ulu Çinar” adlı kitabını tərtib etmiş və bununla vətənpərvər şairin irsi elmi-ədəbi dövriyyəyə və Azərbaycan ədəbiyyatı tarixinə daxil olunmuşdur. 2022-ci ildə isə “Fədai şair Qaflantının həyatı və sənəti” monoqrafiyasını çap etdirmişdir.
Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Tədqiqatçı alim şairə və yazıçı olaraq bir neçə elmi və ədəbi kitabların müəllifidir.
Son illərdə iki şer kitabı çap olunmuşdur. Birinci kitaba ön sözü Musa Yaqub yazmışdır. İkinci kitab isə "Ətirli güllər" şerlər kitabıdır.
Bu il Hüseyn Arifin 100 illik yubileyi münasibətilə "Arxada qalan illər" və " XIX-XX əsr Cənubi Azərbaycan el şairləri" tərtib kitabları işıq üzü görüb.