Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Vaqif Yusifli. Məmməd Araz dünyası

14-09-2024 [ 11:45 ] [ oxunub:60 ]
printerA+ | A-
104797

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Məmməd Araz dünyası” (həyatı və yaradıcılığı) kitabı işıq üzü görüb. “Sənətkarın elmi pasportu - 55” seriyasına daxil olan tədqiqat Ədəbiyyat İnstitutunun Elmi Şurasının 24 iyun 2024-cü il tarixli 4 saylı qərarı ilə nəşr edilib.

Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir.

1994-cü ildə yazılmış “Yaddaş poeziyası” sərlövhəli Ön söz AMEA-nın müxbir üzvü, mərhum alim Yaşar Qarayevə məxsusdur.  Rəyçiləri filologiya elmləri doktoru Yaşar Qasımbəyli, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlıdır. 220 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. Qeyd edək ki, ilk dəfə 1994-cü ildə nəşr olunan tədqiqat Məmməd Arazın anadan olmasının 90 illiyi münasibətilə yenidən hazırlanmış, yeni fəsillər əlavə edilmişdir.


İctimaiyyətlə əlaqələr şöbəsi

SİZƏ MARAQLI OLA BİLƏR