Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

"Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda" adlı kitabın təqdimat mərasimi keçirildi

10-09-2024 [ 22:57 ] [ oxunub:10 ]
printerA+ | A-
104787

Sentybar ayının 10-da (2024) AMEA-nın Mərkəzi Elmi Kitabxanasında filologiya elmləri doktoru Esmira Fuadın "Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda" adlı kitabın təqdimat mərasimi keçirildi.   Yazıçı Aysel Əlizadənin aparıcılığı ilə keçən təqdimatda bilim adamları,şair və yazıçılar, kitabxananın oxucuları iştirak edirdi. 

Çıxışlarda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi vəsaiti ilə çap olunmuş bu kitab ədəbiyyatımıza, tariximizə, bütöv Azərbaycanımıza layiqli bir töhvə kimi dəyərləndirildi.

Qeyd edək ki, kitabda ilk olaraq qədim Oğuz-türk yurdunun bölünməsinə gətirib çıxaran tarixi gerçəklikləri özündə əks etdirən – Azərbaycanın Rusiya qarşısında ilk yenilgisinin təsdiqi olan rəsmi  sənəd - Kürəkçay müqaviləsi - Andlı öhdəlik. Qarabağ mülkündə, Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində imzalanmış Gülüstan müqaviləsi və bədnam Türkmənçay “Sülh” müqaviləsi yer alıb. Bu müqavilələrin bir yurdun, bir elin iki yerə parçalanmasındakı rolu, buxovlanan Azərbaycan türkcəsinin real durumu, Türkkökənli adların Güney Azərbaycan ərazisində planlı şəkildə mərhələlərlə farslaşdırılması və bu gün də prosesin davam etdirilməsi gerçək faktlar əsasında gündəmə gətirilir, hətta bu son dərəcə ağrılı məsələnin ədəbiyyata yansımasına da toxunulur. Güney Azərbaycanın tarixi abidələri: Təbrizdə yaşayan daş yaddaşımız vərəqlənir, adət-ənənələr: Çillə gecəsi – Çillə bayramı, Novruz, Xıdır Əlləz-Xıdır Nəbi - və Qurban bayramlarının tarixi, bu günü, xalq həyatına nüfuz etməsi məsələləri  ədəbi müstəviyə gətirilir.

Kitabda dad  və  zənginliklə  milliliyin vəhdətini özündə yansıdan Güney  Azərbaycan  mətbəxinin özəllikləri də açıqlanır.

Güney Azərbaycan türklərinin ana dili problemindən sonra ikinci ən böyük problemi olan Urmu gölünün qurudulması məsələsi tarixi faktlara əsaslanaraq incələnir, xalq həyatının və  milli kimliyin  əks-sədası olan Güney Azərbaycan folklorunun, şifahi xalq ədəbiyyatının bir çox janrları örnəklərə söykənərək təhlil olunur,Təbriz  folklor nümunələrinə Sürəyya xan Şapşalın baxış bucağından nəzər salınır.

Kitabda Asif Atanın (Əfəndiyev) Güney Azərbaycanla bağlı düşüncələri də yer alır. Güneydə nəsr, "Fləş Fikşn": Kibriti hekayələr, Güney ədəbiyyatında feminizm hərəkatı, qarşı tərəfin qələm adamlarının qadına poetik münasibəti, tərcümə ədəbiyyatı və yayın məsələləri çözülür, real  durum və çapa təqdim olunmuş əsərlərdən söz açılır. Ümumiyyətlə, o taylı-bu taylı Azərbaycan ədəbiyyatında  zəfər diskursu təhlil edilir. 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR