Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Müstəqillik dövrü Azərbaycan Ədəbiyyatı şöbəsi “Yeni ədəbiyyatı tanıyaq” layihəsini davam etdirir

05-09-2024 [ 11:13 ] [ oxunub:239 ]
printerA+ | A-
104776

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan Ədəbiyyatı şöbəsi yeni mövsümdə “Yeni ədəbiyyatı tanıyaq” layihəsini davam etdirir. Yeni mövsümdə layihənin formatında dəqişiklik edilmişdir. Belə ki, əvvəl müzakirələrə çıxarılan əsərlər, kitablar barədə məsləhətləşmədən sonra qərar verilirdi. İndi isə şöbənin hər bir əməkdaşı müzakirəyə öz təklifini verir. Bu dəfə müzakirə obyekti olacaq ilk təklif  ədəbiyyatşünas Mətanət Vahid tərəfindən təqdim olunmuşdur. Təkilifə əsasən sentyabr ayının sonunda gənc yazıçı Əli Zərbəlinin “Hər şey dəyişəndə” hekayələr toplusu müzakirə olunacaq.  Qeyd edək ki, Müstəqillik dövrü Azərbaycan Ədəbiyyatı şöbəsinin müzakirələri hər kəsə açıqdır, arzu edənlər iştirak edə bilər.

 

SİZƏ MARAQLI OLA BİLƏR