Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

Alimlərimiz “Böyük əcdadların mirası –Üçüncü İntibahın təməli” adlı beynəlxalq konfransda iştirak edib

28-08-2024 [ 20:08 ] [ oxunub:492 ]
printerA+ | A-
104772

2024-cü il avqustun 23-dən 26-dək Daşkənd və Səmərqənd şəhərlərində Özbəkistanın Mədəni İrsinin Öyrənilməsi, Qorunması və Təbliği üzrə Ümumdünya Cəmiyyətinin təşkilatçılığı ilə “Böyük əcdadların mirası –Üçüncü İntibahın təməli” (The heritage od great ancestors - the foundation of the third renaıssance) VIII Beynəlxalq konfrans keçirilib. Konfransda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu icraçı direktor, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli və Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru İmamverdi Həmidov təmsil ediblər. Tədbirdə 35 ölkədən 300-ə yaxın alim, mütəxəssis və tədqiqatçı iştirak edib. İştirakçılar arasında İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Beynəlxalq Araşdırmalar Mərkəzinin (IRCICA), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Əl-Furqan Xeyriyyə Cəmiyyətinin rəhbərləri, Dünya Müsəlman Liqası və digər beynəlxalq təşkilatların nümayəndələri də iştirak edib.  

Tədbirin ilk günü nümayəndələr həm Mərkəzin, həm də WOSCU-nun layihələrini nümayiş etdirən sərgi ilə yanaşı Konqresin rəsmi açılışı olduğu Daşkənddəki İslam Sivilizasiyası Mərkəzini ziyarət etdilər.

Konqresdə plenar iclaslar, seminarlar, sərgilər, qastrol səfərləri və “Şərq Taronaları” beynəlxalq musiqi festivalında iştirak daxil olmaqla geniş elmi-mədəni proqram təqdim edilib. Səmərqənddə keçirilən beynəlxalq musiqi festivalının açılışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də iştirak edib.

Türk Akademiyasının prezidenti Şahin Mustafayev konfransdakı yekun çıxışında konfransın  nəticələrinin elmi biliklərin dərinləşməsinə, qardaş xalqlar arasında mədəni əlaqələrin inkişafına, türk irsinin öyrənilməsinə həsr olunmuş qurum və təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
 

FOTO QALEREYA