Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

26-08-2024 [ 13:10 ] [ oxunub:38 ]
printerA+ | A-
104766

Çoxhörmətli Mehriban xanım!

Sizi – müstəqil Azərbaycan dövlətinin rəhbərlərindən birini, ölkəmizin qadın ziyalılığının görkəmli nümayəndəsini tərcümeyi-halınızın əlamətdar tarixi hadisəsi münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük dövlətçilik ideallarının və zəngin siyasi irsinin yaşadılması, həyata keçirilməsi və təbliğ edilərək yeni nəsillərə çatdırılması sahəsində şəxsən Sizin və uğurla rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun ardıcıl və çoxcəhətli fəaliyyəti müstəqil dövlətimizin təməl dəyərlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Sizin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Birinci vitse-prezident kimi ölkəmizdə və onun hüdudlarından kənarda müstəqil dövlətçilik ideallarının məqsədyönlü şəkildə həyata keçirilməsi sahəsindəki yorulmaz fəaliyyətiniz müstəqilliyimizin dönmədən inkişaf etdirilməsinə əsl xidmət nümunəsidir.

Sizin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olaraq müstəqil Azərbaycan dövlətinin idarəolunmasında göstərdiyiniz sarsılmaz birlik və həmrəylik, təşəbbüskarlıq və əməli addımlar ölkəmizin irəliyə doğru böyük yüksəlişinə şərəflə xidmət etmək baxımından əsl nümunədir.

Siz özünüzün çoxcəhətli səmərəli fəaliyyətinizlə və şəxsi nümunənizlə Azərbaycan qadınının cəmiyyətdəki rolunu və mövqeyini, ən yüksək mənəvi dəyərlərini və məsuliyyətini örnək olaraq böyük bacarıqla xalqımıza təqdim edirsiniz.

Qədirbilən xalqımız, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının çoxminli kollektivi Sizin ölkəmizdə milli mədəniyyətin, elmin, təhsilin və idmanın, milli-mənəvi dəyərlərimizin dayanıqlı ənənələr əsasında daha da inkişaf etdirilməsinə, yeni tarixi dövrün tələblərinə uyğun olaraq müasirləşdirilməsi və yeniləşdirilməsinə, dünyaya inteqrasiya olunmasına açdığınız geniş yolları, verdiyiniz böyük dəstəyi yüksək qiymətləndirir.

Azərbaycan xalqı Sizi əsl xeyirxahlıq və şəfqət nümunəsi miqyasında yüksək səviyyədə qəbul edir və bu sahədəki xidmətlərinizi minlərlə insanların taleyinin unudulmaz həlledici hadisəsi kimi dərin minnətdarlıq hissi ilə qarşılayır.

Hörmətli Mehriban xanım!

Azərbaycan xalqı Sizə müstəqil Azərbaycan dövlətinin böyük dayağı kimi dərin hörmət və ehtiram bəsləyir.

Sizi ölkəmiz və xalqımız üçün də əlamətdar olan bu tarixi gündə Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi adından bir daha ürəkdən təbrik edir, Sizə çoxcəhətli fəaliyyətinizin bütün sahələrində daha böyük uğurlar, şəxsi həyatınızda xoşbəxtlik və möhkəm cansağlığı arzu edirəm.

Dərin hörmət və ehtiramla,

İsa Həbibbəyli

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

©  www.science.gov.az 

SİZƏ MARAQLI OLA BİLƏR