Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Əli Rza Xələfli. Qardaşımdan qalan dünya

27-08-2024 [ 09:25 ] [ oxunub:36 ]
printerA+ | A-
104764

Şair-publisist Əli Rza Xələflinin “Gənclik” nəşriyyatında yeni işıq üzü görmüş “Qardaşımdan qalan dünya” kitabı ədəbiyyatımızda və elmimizdə silinməz izləri olan iki qardaş - Hüseyn Kürdoğlu və Şirindil Alışanlının xatirəsinə həsr olunmuşdur. Şair və ədəbiyytşünas  Hüseyn Kürdoğlu və  ədəbiyyatşünas alim, professor Şirindil Alışanlı haqqında  Əli Rza Xələflinin poetik bir dillə təqdim etdiyi poemanın yer aldığıkitabın redaktoru və ön sözan müəllifi filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədlidir.  

“Qardaşımdan qalan dünya” poema-etüd olaraq ədəbiyyatımızda yeni janr kimi qeydə alına bilər. Əsərin həcmcə kiçik olmasına baxmayaraq, müəllifin sözə, sənətə, sözü yaradana və sözü bilənə sonsuz sevgisinin bəhrəsi kimi ərsəyə gəlib. Kitabda verilmiş bədii parçalar dördlüklə yazılsa da, ümumi düşüncə xətti baxımından ayrı-ayrı hadisə və epizodların arasındakı əlaqənin qırılmazlığını təmin edir".

Əsərə iqtisad elmləri üzrə fəlsəfə doktoru, yazıçı-publisist, Prezident təqaüdçüsü Şəddat Cəfərov rəy verib.

SİZƏ MARAQLI OLA BİLƏR