Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

UNESCO-ya daxil edilmiş Xurşidbanu Natəvanın “Gül dəftəri” - illüstrasiyalı şeirlər albomu”na sertifikat verilib

06-08-2024 [ 15:11 ] [ oxunub:188 ]
printerA+ | A-
104754

UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil edilmiş “Xurşidbanu Natəvanın “Gül dəftəri” - illüstrasiyalı şeirlər albomu”na sertifikat verilib.

Sertifikatı UNESCO-nun Baş katibi Audrey Azoulay imzalayıb.

Bununla əlaqədar olaraq UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, Xüsusi tapşırıqlar üzrə səfir Seymur Fətəliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyliyə məktub ünvanlayaraq sertifikatı təqdim edib. 

Qeyd edək ki, “Xurşidbanu Natəvanın “Gül dəftəri” - illüstrasiyalı şeirlər albomu” 2023-cü ildə UNESCO İcraiyyə Şurası tərəfindən UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə qəbul olunub.

© www.science.gov.az 

SİZƏ MARAQLI OLA BİLƏR