Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“ASİYA XALQLARI ƏDƏBİYYATI: ƏNƏNƏLƏR VƏ MÜASİR TENDENSİYALAR” adlı Beynəlxalq Elmi Konfrans

18-07-2024 [ 12:48 ] [ oxunub:236 ]
printerA+ | A-
104741

16-17 dekabr 2024-cü il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “ASİYA XALQLARI ƏDƏBİYYATI: ƏNƏNƏLƏR VƏ MÜASİR TENDENSİYALAR” adlı Beynəlxalq Elmi Konfrans keçiriləcək. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu konfransda iştirak üçün tezislərin qəbulunu elan edir.

 Asiya ədəbiyyatı dünya ədəbiyyatının mühüm bir hissəsini əhatə edərək çox müxtəlif milli istiqamətləri ilə zəngin ədəbi irsdir. Pakistan, Yaponiya, Cənubi Koreya, Çin, Monqolustan, İndoneziya, hind, Vyetnam, əfqan, malay və digər ölkələrin ədəbiyyatlarının öyrənilməsi Asiya ədəbiyyatının ümumi mənzərəsini təsəvvür etməyə imkan verdiyi kimi, yeni perspektivlərin ortaya çıxmasına da şərait yaradacaqdır. Bu baxımdan, Asiya xalqları ədəbiyyatının, onun ayrı-ayrı milli sahələrinin ənənəvi cəhətləri və yeni tendensiyalarını müzakirəyə çıxarmaq, müxtəlif fikirləri dinləmək dünya ədəbiyyatının əhəmiyyətli bir qolunun araşdırılmasına yeni töhfələr verəcəkdir.

Konfransın əhatə edəcəyi mövzular:

Asiya xalqları ədəbiyyatında tendesiyalar
Ədəbiyyatda Şərq-Qərb diskursu
Asiya xalqları ədəbiyyatından tərcümə problemləri
Asiya xalqlar ədəbiyyatını araşdırma problemləri
Müqayisəli ədəbiyyatşünaslıq

Konfransın dili: Azərbaycan, türk, ingilis, rus.

Konfransda iştirak forması: Canlı və onlayn

Konfransın təqvimi:

Tezislərin son göndərilmə tarixi – 10 oktyabr 2024-cü il.

Qəbul olunan tezislərin elan tarixi – 25 oktyabr 2024-cü il.

Məruzələrin son göndərilmə tarixi – 25 noyabr 2024-cü il

Konfransın tarixi –16-17 dekabr 2024-cü il.

Konfransın təşkilatçıları:

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu; Muslim İnstititu (Pakistan), Türkiyat Araşdırmaları İnstitutu (Cənubi Koreya)

Tezizlərin yazı qaydaları:    

 Tezis Microsoft Word redaktorunda (.doc, .docx) təqdim edilməlidir;   

Tezislər 400-500 sözdən ibarət,

Times New Roman - 12 ppt şrifti ilə, sətirlərarası interval - 1,5 olmaqla yazılmalıdır; 

Tezisin səhifə parametrləri aşağıdakı şəkildə olmalıdır: Sağ tərəf -1sm, sol tərəf - 3sm, aşağı hissə - 2 sm, yuxarı hissə - 2sm;                                                            

Tezisin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altda sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, soyadı, ondan altda isə kiçik və adi şriftlə elmi dərəcəsi (varsa), elmi adı (varsa), iş yeri və elektron ünvanı göstərilməlidir;    

Tezisin mətni Azərbaycan və rus dilində yazılarsa ingilis dilində xülasə tələb olunur;             

Tezisin əvvəlində məqalənin və xülasələrin yazıldığı dillərə müvafiq olaraq 5-7 açar söz göstərilməlidir.                          Konfransda canlı və onlayn şəkildə edilən məruzə mətnləri dərc ediləcəkdir. Məruzə mətnləri 12 şrift, sətirlərarası interval 1,5 olmalıdır. Məruzə mətni 7-10 səhifə olmalıdır.

Təşkilat komitəsi ilə əlaqə:   

     Ünvan: AZ 1143, Hüseyn Cavid prospekti, 117. Akademiya şəhərciyi, Əsas bina. Tel.: (994 12) 510 35 71; 994 50 554 59 82                                                                                                

E-mail: asianliterature2024baku@gmail.com