Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Akademik İsa Həbibbəyli: “Azərbaycan ədəbiyyatında Qarabağ sevincinin bədii əsərlərə çevrilməsində ciddi addımlar atılır”

10-07-2024 [ 22:33 ] [ oxunub:55 ]
printerA+ | A-
104718

Ədəbi proses müşavirələri, ümumiyyətlə, akademiyada humanitar elmlər sahəsində və Ədəbiyyat İnstitutunda elm və ədəbiyyatın qarşılıqlı əlaqəsini ifadə edən və ədəbi prosesə istiqamət verən bir yaradıcılıq müşavirəsi kimi artıq özünü təsdiq edib.

Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli jurnalistlərə müsahibəsində deyib.

Akademik bildirib ki, 11-ci dəfə keçirilən ədəbi proses müşavirəsində müstəqilik dövründə bütün janrlarda mövzular və meyillər üzrə təhlillər aparılıb və bu istiqamətdə yazılan icmallar, əslində, müvafiq dövrdə Azərbaycan ədəbiyyatında bölmələr və fəsillər səviyyəsində əhəmiyyətli tədqiqatları ortaya qoyub.

“2024-cü ilin yaradıcılıq müşavirəsində isə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra və ərazi bütövlüyümüzün bərpasından sonrakı dövrdə ədəbiyyatımızın atdığı addımlar təhlil olunub. Son iki-üç ildə Azərbaycan ədəbiyyatı yalnız Qələbə sevinci ilə yaşamamış, Qələbəni tərənnüm etməklə yanaşı, onun mahiyyətini, fəlsəfəsini, yaratdığı reallıqları şərh etmək istiqamətində xeyli irəli gedib. Artıq Azərbaycan ədəbiyyatı Qarabağ sevincini bədii əsərlərə çevirərək xalqımıza onun bütün fəlsəfəsi və mahiyyətini çatdırmaq istiqamətində ciddi addımlar atmağa başlayıb. Əminik ki, bu proses davam edəcək”, - deyə akademik vurğulayıb.

AzərTac