Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ulu Öndər Heydər Əliyev haqqında kitablar Qazaxıstandakı “Azərbaycan Mərkəzi”nə təqdim edilib

14-06-2024 [ 10:34 ] [ oxunub:64 ]
printerA+ | A-
104677

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğunun, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB), “Azərbaycan Mərkəzi” İctimai Fondunun və “Dostluq” Etnomədəni Birliyinin təşkilatçılığı ilə Aktauda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan-Qazaxıstan strateji əlaqələrinin inkişafında Heydər Əliyevin rolu” adlı konfransı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutları tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı çap edilmiş kitablar AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Elnur Eltürk tərəfindən təqdim edilib.

Kitablar Qazaxıstanın Aktau şəhərində Ş.Yessenov adına Universitetdə yerləşən “Azərbaycan Mərkəzi”nə, Mangistau vilayətinin Qazaxıstan xalq Assambleyasının “Dostluq Evi”nə təqdim edilib. Kitabları “Azərbaycan Mərkəzi” İctimai Fondunun direktoru, universitetin beynəlxalq münasibətlər kafedrasının baş müəllimi İlkin Orucov qəbul edib.

SİZƏ MARAQLI OLA BİLƏR