Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Oğuz rayonunda Uşaq ədəbiyyatı şöbəsinin əməkdaşları ilə maraqlı görüşlər keçirilib

10-06-2024 [ 11:57 ] [ oxunub:102 ]
printerA+ | A-
104656

Oğuz rayonunda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, fillogiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, Uşaq ədəbiyyatı şöbəsinin əməkdaşları və uşaq yazarı Sevinc Nuruqızı ilə maraqlı görüşlər keçirilib. Görüşlərdə Calut, Kərimli, Tayıflı, Xalxal Qışlaq, Xaçmaz, Qarabulaq kəndlərinin məktəbliləri iştirak edirdi. 

 "Mən böyüyürəm, insanlar!", "Oğuz, qonağın var" adlı tədbirlərdə Uşaq ədəbiyyatı şöbəsinin tədqiqatçıları hər biri bir dünya olan fidan balalarla kitab, mütaliə, ədəbiyyat, bədii əsərlərin  mövzularına dair maraqlı söhbətlər apardılar. Oğuz rayonunun məktəbliləri ilə görüşə dəvət alan və bu dəvəti cavabsız qoymayan ədəbiyyatşünaslar gözəl  təəssüratla qayıtmışlar.  Çünki bu görüşlər uşaq ədəbiyyatı araşdırıcıları kimi onların uşaqların iç dünyası ilə daha yaxından tanış olmasına, mütaliə mövzularının, mənəvi ehtiyaclarının öyrənilməsinə, eyni zamanda Azərbaycan uşaq ədəbiyyatının inciləri haqqında  zəruri olan biliklərin uşaq auditoriyasına çatdırılmasına  şərait yaratdı.  Görüşlərin sonunda gənc alimlər  uşaq yazarlarına, naşirlərə müraciətlə kitablarından kəndlərimizin kitabxanalarına, məktəblərinə hədiyyə göndərməyə, ucqarlarda böyük bir oxucu auditoriyasının, kitab aşiqlərinin nəşrlərə olan marağını qarşılamağa səslədilər.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR