AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru Almaz Ülvinin (Binnətova) “Xarəzm heyrəti (iki həftə Urgənc tələbələri ilə)” adlı kitabı çapdan çıxıb.
Kitabda müəllifin Özbəkistanın Xarəzm Vilayəti Urgənc Dövlət Universiteti Filologiya fakültəsinin tələbələri ilə görüşündən, onlara nəvaişünaslıq üzrə ustad dərsləri keçməsindən, tələbələrin səmimi ürək sözlərindən və Xarəzmin tarixi yerlərindən bəhs edilir.
Qeyd edək ki, ötən il alim iki həftə Urgənc Dövlət Universitetində ustad dərsləri keçib. Zəngin təəssüratla Vətənə dönən Almaz Ülvi bütün həyəcan və məhəbbət dolu səfər təəssüratlarını bu yeni kitabında oxucularla bölüşür.