Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycan-Kərkük ədəbi əlaqələri yeni müstəvidə

21-05-2024 [ 10:54 ] [ oxunub:283 ]
printerA+ | A-
104572

AMEA prezidenti Kərkük Kültür Dərnəyinin rəhbəri ilə görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tanınmış kərküklü tədqiqatçı, şair və yazıçı, Kərkük Kültür Dərnəyinin rəhbəri doktor Şəmsəddin Kuzəçi ilə görüşüb.

AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli Azərbaycan-Kərkük ədəbi əlaqələrindən danışıb, son dövrlərdə Akademiyanın İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının fəaliyyəti barədə ətraflı söhbət açıb. İraq-Türkman elmi-ədəbi mühitinin, tarixinin, dilinin, etnoqrafiyasının və folklorunun daha geniş şəkildə öyrənilməsi və sistemləşdirilməsi məqsədilə mühüm addımların atıldığını bildirib.

Akademik İsa Həbibbəyli, həmçinin mayın 22-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli kərkük ədəbiyyatşünası Əta Tərzibaşının anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “İraq-türkman folkloru və ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfransa hazırlıq məsələlərini diqqətə çatdırıb. Bundan əlavə, akademik İsa Həbibbəylinin “Ön söz”ü ilə AMEA-nın “Elm” nəşriyyatı tərəfindən Əta Tərzibaşıya həsr edilmiş kitabın işıq üzü gördüyünü vurğulayıb.

Kərküklü yazıçı Şəmsəddin Kuzəçi isə öz növbəsində qonaqpərvərliyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib, qarşılıqlı elmi-ədəbi əlaqələrin inkişaf etdirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Görüş zamanı İraqda dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransa hazırlıq məsələləri barədə geniş fikir mübadiləsi aparılıb.

Sonra tanınmış tədqiqatçı alim Şəmsəddin Kuzəçi Azərbaycan-Kərkük ədəbi əlaqələrinin inkişafına verdiyi töhfələrə görə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə Kərkük Kültür Dərnəyinin Fəxri fərmanını təqdim edib.

Əta Tərzibaşı irsinin təbliğinə görə isə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürova Kərkük Kültür Dərnəyinin Təşəkkürnaməsi təqdim olunub.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR