Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

XIX-XX əsr Güney Azərbaycan el şairləri. Antologiya

20-05-2024 [ 09:20 ] [ oxunub:275 ]
printerA+ | A-
104566

AMEA Nizami Cəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qəndab Haqverdi Əliyevanın təqdimində “XIX-XX əsr Güney Azərbaycan el şairləri” (Antologiya) adlı kitab “Elm və təhsil” nəşriyyatında  nəşr edilib. Antologiya Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi
Şurasının 15 yanvar 2024-cü il tarixli 1 saylı iclasının qərarına əsasən çapa tövsiyə olunub.
Elmi redaktoru: filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı; Ön sözün müəllifi: Qəndab Haqverdi Əliyevadır. 496 səhifədən ibarət olan Antologiyada 100 Güney Azərbaycanlı el şairinin şeir nümunələri onların həyat və yaradıcılıqlarına dair məlumatla birlikdə sistemli şəkildə ilk dəfə olaraq quzeyli oxucu kütləsinə təqdim edilib və
Güney Azərbaycan ədəbi və folklor mühitində xüsusi əhəmiyyət kəsb edən el şairlərini tanıtmaqla, onların el sənətinin, xalqın folklorunun, ədəbiyyatının və mədəniyyətinin inkişafında müstəsna rolunu oxuculara çatdırılıb. 

SİZƏ MARAQLI OLA BİLƏR