Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” mövzusunda seminar keçirilib

28-03-2024 [ 15:41 ] [ oxunub:16 ]
printerA+ | A-
104407

TUBİTAK və AMEA-nın əməkdaşlığı çərçivəsində “AMEA-da elektron hərəkat və yeni çağırışlar” mövzusunda seminar keçirilib. Görüşdə Ədəbiyyat İnstitutunun Elmi informasiya və tərcümə şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyeva, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva, baş mütəxəssis Pərvanə Kərimova və praktikant tələbələr də iştirak ediblər.

Seminarı Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açıb. Mehman Həsənli AMEA Rəyasət Heyətinin Elektron Akademiya şöbəsinin Akademiyaya daxil olan İnstitutlarda elektronlaşma işinin təşkili və gələcək perspektivlərlə bağlı görülmüş işləri xatırladıb. Son illər bu sahədə nəzərə çarpan irəliləyişlərdən bəhs edib. AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin bu istiqamətdə görülən işlərə önəm verməsini vurğulayıb.

Sonra Elektron Akademiya şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov elektron hərəkat və yeni çağırışlar mövzusunda əhatəli çıxış edib. Fariz İmranov Akademiya jurnallarının elektron vəziyyəti, onların beynəlxalq elmi bazalara daxil edilməsi, Google Akademik və digər elmi platformalarla bağlı işlərin təkmilləşdirilməsindən danışıb.

Elektron Akademiya şöbəsinin əməkdaşı Elnur Eltürk (Hüseynov) Vikipedia sahəsində akademiyada yaranmış fəallığa diqqət çəkib. Ədəbiyyat İnstitutunun bu sahədə gördüyü işləri xüsusi qeyd edib. Akademiyada yeni Vikipedia qruplarının yaradılması, onların təlimə cəlb edilməsi ilə bağlı da fikirlər səsləndirib.

SİZƏ MARAQLI OLA BİLƏR