AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova və institutun “Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Hacıyeva 16-18 fevral tarixlərində Türkiyənin Diyarbəkir şəhərində Dəclə Universiteti, Diyarbəkir Valiliyi, Diyarbəkir Böyükşəhər Bələdiyyəsi və Elm Yayma Cəmiyyətinin birgə təşkil etdikləri “Cümhuriyyətin 100-cü ilində Diyarbəkirin Gələcək Təsəvvürü” mövzusunda Beynəlxalq konfransda iştirak etmişlər. Tədbirdə Mərziyyə Nəcəfova “Şeirlərində Diyarbəkiri anladan üç Diyarbəkirli şair”, Könül Hacıyeva isə “Diyarbəkirli Xəlilinin şeirlərində təsəvvüf” mövzusunda məruzə ilə çıxış etmişlər. Mərziyyə Nəcəfova konfransın açılış və yekun iclasında cıxış edərək Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrindən, hər iki ölkənin ədəbiyyatında yer alan vətən mövzusundan danışmışdır. Hər iki məruzə dinləyicilər və təşkilatçılar tərəfindən böyük maraqla qarşılanmışdır.