Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 10 yanvar 2024-cü il tarixindən başlayaraq hər həftənin IV günləri saat 16:00-dan 17:00-a kimi doktorant və dissertantlar üçün institutunun professor və alim heyəti tərəfindən mühazirələr keçirilir. Əsasən doktorant və dissertantlar üçün nəzərdə tutulan mühazirələrdə institutun gənc kadrları da iştirak edə bilərlər.
12.01.2024-cü ildə fil.f.d., dos. Mehman Həsənlinin “Rəqəmsal mühit və ədəbiyyatşünaslıq araşdırmaları”, 18.01.2024-cü ildə fil.e.d., professor Tahirə Məmmədin “Neosufizm nəzəriyyədə və bədii mətndə”, 25.01.2024-cü ildə fil.e.d., professor Məhərrəm Qasımlının “Kitabi-Dədə Qorqud və ozan sənəti” mövzusunda məruzələri dinlənilib.
Mühazirə günlərinin anonsu!
01.02.2024-cü ildə saat 16:00-da AMEA-nın müxbir üzvi Tehran Mustafayevin “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının parametrləri, mövzuları və tendensiyaları” mövzusunda məruzəsi olacaq. Doktorant və dissertantların iştirakı vacibdir!