Uşaq ədəbiyyatında Tofiq Mahmud imzası (kollektiv). Bakı: “Elm və təhsil”, 2023, 170 səh.
Ön sözün müəllifi: akademik İsa Həbibbəyli
Rəyçi: professor Şirindil Alışanlı
Elmi redaktoru: f.e.d. Elnarə Akimova
Məsul redaktor: f.ü.f.d., dosent Aygün Bağırlı
Kitabda Azərbaycanın tanınmış uşaq şairi və yazıçısı Tofiq Mahmudun ömür yoluna və yaradıcılığının bütün tərəflərinə işıq salınmışdır. Görkəmli yazıçının zəngin ədəbi irsi, şəxsiyyətinin və istedadının miqyası, nümayiş etdirdiyi fəal ziyalı mövqeyi onun çoxcəhədli yaradıcılıq nümunələrinin təhlili, elmi-nəzəri səviyyədə dərki kontekstində ifadəsini tapmışdır.