Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat institutunun alimləri “Bərabər İnkişaf Naminə” Azərbaycan Qadınlarının Forumunda iştirak ediblər

27-12-2023 [ 10:14 ] [ oxunub:334 ]
printerA+ | A-
104140

“Bərabər inkişaf naminə” devizi ilə QHT koalisiyası Azərbaycan Qadınlarının Forumunu keçirib. Koalisiyanın rəhbəri Gender və İqtisadiyyat İB-nin sədri Təranə Kərimova, üzvləri - “Zəfər” şəhid ailələrinə dəstək İB-nin sədri Sevinc Orucova, “Gender və İnsan Hüququ Araşdırmalar Birliyi”nin sədri, AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə, Gənc Demokratlar İnstitutunun sədri, politoloq Yeganə Hacıyeva, “Ekoloji Maarifçilik və Monitorinq” İB-nin sədri Qəmzə Yusubova, “Kamillik” Cəmiyyətinin sədri Əsmətxanım Məmmədova, “Azərbaycan Türkiyə Sosial Tərəqqiyə Yardım” İB-nin sədri Nigar Helmi, “Sağlamlığın Qorunması” İB-nin sədri Yazgül Abdıyeva, “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İB-nin təsisçisi Aygün Səmədovadır.

Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə əldə edilən uğurlara diqqət çəkiblər.

Qeyd edək ki, “Bərabər inkişaf naminə” devizi ilə 9 QHT-nin birləşib təsis etdiyi koalisiya Azərbaycan qadınlarını vahid məqsəd ətrafında bir araya gətirib. Forumda koalisiyanın qadınların ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında nizamlı və mütəşəkkil fəaliyyətinə təkan verəcəyi fikri ifadə olunub.

Tədbirdə 500-dək müxtəlif sahələri təmsil edən - ictimai xadimlər, elm və təhsil sahəsində çalışan, eləcə də qeyri-hökumət təşkilatları və özəl sektorun nümayəndələri olan qadınlar iştirak ediblər. Forumun işində Azərbaycan Milli Elmlər Akademiyasını və Elm və Təhsil Nazirliyinin elmi müəssisələrini təmsil edən alim qadınlar da iştirak ediblər. Forumda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu  filologiya elmləri doktoru Fəridə Əzizova və filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı təmsil etmişlər.

Forumun sonunda “Bərabər İnkişaf Naminə” Azərbaycan Qadınlarının Forumunun Bəyannaməsi qəbul edilib.

Sənəddə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” prosesi çərçivəsində vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi, qərar qəbuletmə və özəl sektorda, o cümlədən, yerli ərazi və özünüidarəetmə orqanlarında gender bərabərliyinin təşviqində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi, qadınların iqtisadi fəallığının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, innovativ inkişafı təmin edən yeni texnologiyalara əlçatanlığın artırılması, xüsusilə qızlar və qadınların bu prosesə daha geniş cəlb olunması kimi məsələlər öz əksini tapıb.

www.science.gov.az 

SİZƏ MARAQLI OLA BİLƏR