Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçiləri, filologiya elmləri doktorları Salidə Şərifova və Mərziyyə Nəcəfova 11-14 dekabr tarixində Türkiyə Kültür və Turizm Bakanlığının Ankara şəhərində təşkil etdiyi “10. Milletlerarası TÜRK HALK KÜLTÜRÜ kongresi"ndə işirak etmişlər.
İlk dəfə 1975-ci ildə gerçəkləşmiş “10. Milletlerarası TÜRK HALK KÜLTÜRÜ kongresi”ndə Türkiyə, Azərbaycan, Rusiya (Tatarıstan, Hakasiya), Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Kosovo, İraq, Əfqanıstan, Albaniya, Fransa, İsveç və Gürcüstandan 230 elm adamı iştirak etmişdir. Ədəbiyyat İnstitutunun hər iki aliminin məruzələri maraqla qarşılanmışdır.