Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Tehran Əlişanoğlu. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Heydər Əliyev

30-11-2023 [ 10:40 ] [ oxunub:45 ]
printerA+ | A-
104014

“Heydər Əliyev ili” çərçivəsində AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Mənim Prezidentim. Ulu öndər Heydər Əliyevin 100 yaşına”  kitabından sonra daha bir kitabı çapdan çıxmışdır.  “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Heydər Əliyev” adlanan  kitabda müəllifin  çağdaş ədəbiyyatda Heydər Əliyev faktoru və obrazı ilə bağlı tədqiqatı əsasında qələmə aldığı və ədəbi mətbuatda ardıcıl dərc etdirdiyi məqalələri toplanmışdır.

Kitab iki bölmədən ibarətdir. “Müstəqillik ədəbiyyatında Heydər Əliyev fenomeni” bölməsində “Ulu Öndər Heydər Əliyev müstəqillik dövrü ədəbiyyatının memarı kimi”, “Müstəqillik dövrü nəsrində Heydər Əliyev”, “Unudulmaz görüşlər”də Heydər Əliyev”, “Ümumilli lider Heydər Əliyev memuar ədəbiyyatında”, “Ədəbiyyatda Heydər Əliyev obrazı: DTK-ya düşən işıq”, “Folklorda Heydər Əliyev obrazı”, “Qurtuluş günümüz ədəbiyyatda necə varsa”, “Ədəbiyyatda Heydər Əliyev obrazı: “Əsrin müqaviləsi”, “Ədəbiyyatda Heydər Əliyev obrazı: Amerikanın fəthi”, “Heydər Əliyev və 60-cılar ədəbiyyatı müstəqillik işığında”, “Milli diaspor hərəkatından qurultaya gələn yol”, “Əbədiyyət ünvanı önündə”, “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala”, “Ulu Öndər yolu: Ədəbiyyatdan Qələbəyəcən”  adlı yazılar yer almışdır.

Qeyd olunmalıdır ki, kitabda müstəqillik dövrü ədəbiyyatında Heydər Əliyevin həyat və fəaliyyətinin bütün mərhələləri əks olunmuş, məqalələrdə də bu ardıcıllıq gözlənilmişdir. “Əlavələr” bölməsində “Tənqid romanı”ndan parça, Ulu Öndərin ədəbi gəncliklə görüşündən təəssürat barədə Tehran Əlişanoğlu ilə müsahibə və “Mənim Prezidentim” essesi verilmişdir.

Kitab humanitarilərə, elm, ədəbiyyat, habelə  geniş oxucu auditoriyalarına  ünvanlanmışdır.

Ədəbiyyat qəzeti. 29.11.23

SİZƏ MARAQLI OLA BİLƏR