Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Zəfər Günü AMEA-nın elmi müəssisə və təşkilatlarında təntənəli şəkildə qeyd olunacaq

27-10-2023 [ 12:06 ] [ oxunub:22 ]
printerA+ | A-
103883

2020-ci il sentyabrın 27-də ədalətin bərpası, torpaqlarımızın işğaldan azad olunması üçün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında birləşib səfərbər və həmrəy oldu.

Bu sözləri Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusunun ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdiyini deyən akademik İsa Həbibbəyli 2020-ci ilin noyabr ayının 8-də Azərbaycan əsgər və zabitlərinin dünya hərb tarixində nadir təsadüf edilən rəşadət və qəhrəmanlığı sayəsində Qarabağın tacı, Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşa şəhərinin erməni işğalından azad olunduğunu, düşmənin təslimçi bəyanata imza atmağa məcbur edildiyini söyləyib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin sosial-iqtisadi və mədəni-mənəvi baxımdan inkişafı istiqamətində son iyirmi ildə həyata keçirdiyi dövlət siyasəti, düzgün müəyyənləşdirilmiş xarici siyasət və diplomatik münasibətlər, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi bu müharibədə qələbəni təmin edən əsas amillər idi”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Şuşa şəhərinin işğaldan azad edildiyi noyabr ayının 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi haqqında 3 dekabr 2020-ci il tarixli Sərəncam imzalayıb.

Həmçinin AMEA prezidenti bildirib ki, 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri ilə Qarabağda Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa edildi, Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı Azərbaycan bayrağını Xankəndi şəhərində ucaltdı.

“Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa etməklə sosial-iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu prioritetə uyğun olaraq həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır”, - deyə AMEA prezidenti söyləyib.

İclasda, Rəyasət Heyəti tərəfindən AMEA-da Zəfər Gününə həsr olunmuş təntənəli tədbirlərin təşkili, qazilər, müharibə iştirakçıları və şəhid ailələri ilə görüşlərin, xatirə günlərinin keçirilməsi, Qarabağ müharibəsinə, müharibə qəhrəmanlarına, şəhidlərə həsr olunmuş ənənəvi və virtual kitab sərgilərinin hazırlanması barədə qərar qəbul edilib.

SİZƏ MARAQLI OLA BİLƏR