Professor Məmməd Əliyevin “Mavi-yaşıl gözlərin işığı” romanı işıq üzü görüb
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyevin “Mavi-yaşıl gözlərin işığı” romanı nəşr edilib.
Sözügedən əsər “Həsrətin o üzü” və “Karvan köçər, ötər gedər sədası” romanlar silsiləsinin davamıdır.
“Mavi-yaşıl gözlərin işığı”nda” adlı “Ön söz”ün müəllifi filologiya elmləri doktoru Salidə Şərifovadır. Kitabın redaktoru Qurban Bayramov, texniki redaktoru Rəna Əhmədovadır. Kompüterdə yığan Suqrət Məmmədova, dizayner isə Nigar Tağıyevadır.
Roman 50 fəsildən ibarətdir. Kitabın sonunda Qurban Bayramovun əsər haqqında irihəcmli “Müstəqillik dövrü ədəbiyyatımızda ilk epoxal roman-trilogiya” başlıqlı araşdırması yer alıb