Oktyabr ayının 20-21-də Tatarıstanın paytaxtı Kazan şəhərində X Uluslararası Çocuk və Gənclik Ədəbiyyatı simpoziumu keçirildi. Türkiyə Çocuk ve Gençlik Edebiyatı Yazarları Birliyinin təşəbbüsü ilə növbəti dəfə Tatarıstanda baş tutmuş Simpoziumun əsas mövzusu “Uşaq və gənclər ədəbiyyatında dil, mədəniyyət və adət-ənənələr; Tarix, poeziya, inkişaf strategiyaları” kimi müəyyən edilmişdir. Simpozum eyni zamanda görkəmli tatar xalq şairi Robert Minnullinin anadan olmasının 75 illiyinə həsr olunmuşdur.
Qeyd dək ki, davamlı olaraq keşirilən beynəlxalq Uşaq və Gənclər Ədəbiyyatı Simpoziumları bu sahədə beynəlxalq iştirakçı sayına və nəşr imkanlarına, akademik və elmi qiymətləndirmə meyarlarına görə seçilən beynəlxalq tədbirdir. Simpoziumda onlayn iştirak edən Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimlərinin məruzələri maraqla qarşılanmış, yaddaqalan müzakirələr, fikir mübadiləsi və işgüzar söhbətlər aparılmşdır. Filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Hüseyin Cavid və Cəfər Cabbarlı yaradıcılığında uşaq obrazları və uşaq şeirləri” məruzəsində Azərbaycan uşaq ədəbiyyatının nümunələrini elmi nəzəri kontekstdə təqdim etmiş, filologiya elmləri doktoru Esmira Fuad “Bubbular, kirpilәr və ilan” - “Poem On Proz”da çocuklara dostluq və yurd sevgisinin aşılanması” məruzəsində gənc nəslin tərbiyəsi və milli-mənəvi dəyərlərin yaşadılması məsələlərini diqətə çatdırmışdır. Simpoziumun bölmələrindən birinə moderatorluq edən filologiya elmləri doktoru Mərziyyə Nəcəfova Tatarıstan xalq şairi Robert Minnulinin anadan olmasının 75 illiyinə hər olunmuş xüsusi bölmədə “Robert Minnulin və Bican Veysəl Yıldızın uşaq şeirlərindəki paralelizim” mövzusunda, filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva “Türkdilli xalqların uşaq ədəbiyyatının populyarlaşması və vətəndaşlıq missiyası işığında Robert Minnulin” mövzusunda məruzə etmişlər.