Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Azad tədqiqatçılar və yazarların ID kodu

29-09-2023 [ 13:14 ] [ oxunub:243 ]
printerA+ | A-
103728

“ORCID”,  elm  adamları  və akademik  şəxsiyyətləri  bənzərsiz  olaraq tanıdan  16  rəqəmli  koddan  ibarət  beynəlxalq  sistemdir.  Bu  sistem  qısaca olaraq  “ORCID”  adlanır.  İngilis  dilində  tam  adı  “Open  Researcher  and Contributor  ID”dir.  Azərbaycan dilində o  “Azad  tədqiqatçılar  və yazarların  ID kodu” kimi xarakterizə edilir.

Bu məqalədə “ORCID” kodunun mahiyyəti və faydaları sadalanmış, hər hansı bir tədqiqatçı üçün hansı üstünlüklərinin olmasını qeyd edilmiş  və onun necə əldə edilməsi göstərilmişdir.

 

“ORCID”ın mahiyyəti

Tədqiqatçıların  və araşdırmaçıların  tanınması  üçün  elmi  fəaliyyətlərin dünya müstəvisinə çıxarılması bir zərurətdir. Digər tərəfdən təkrar elmi  işlərin qarşısının  alınması  və  tədqiqatçıların  yeni  elmi  sahələrə  yilənməsi  də, elmi işlərin  online  şəkildə olmasının  zərurətini  qat-qat  artırır.  Bütün  bunlar

tədqiqatçıların işinin yüksək səviyyədə hazırlanmasından əlavə,  onu  şəffaf bir şəkildə online olaraq, tədqim etmək bacarığını da tələb edir. Bu səbəbdən də “ORCID” kimi elmmetrik bazaların zərurəti hiss edilir.

    “ORCID”  tədqiqatçıların  məlumatlarını  dünya  müstəvisində paylaşa bilmələri və tanınmaqları  üçün  genişmiqyaslı  bir  kodlaşma  sistemidir.  Başqa sözlə,  elmi  və akademik  şəxsiyyətləri  tanıtdırmaq  üçün  istifadə  edilən beynəlxalq  sistemdir.  “ORCID”  sistemi  16  Oktyabr  2012-ci  ildə  tədqiqatçı,

araşdırmaçı, yazar, elmi və akademik şəxsiyyətlər üçün istifadəyə verilmişdir. 

         Tədqiqatların  kodlaşma  sistemi “DOI”  olduğu  kimi  tədqiqatçılarında  16 rəqəmli  kodlaşma  sistemi  mövcuddur.  Bu  16  rəqəm  münhəsir  şəkildə tədqiqatçıya  verilir.  Bu  kodun  vasitəsilə tədqiqatçılar  öz  şəxsiyyətləri barədə məlumatları  təfərrüatlı  şəkildə  bu  sistemdə  yerləşdirə  bilirlər.  Beləliklə araşdırmaçı  və tədqiqatçılar  güvənli və şəffaf  şəkildə tanınır  və həm  də bir-birlərilə əlaqə yaratma  imkanları  olur.  Ən  önəmli məsələlərdən  biri  “ORCID” beynəlxalq  kodlaşdırma  sisteminə qoşulma  və  kod əldə  etmənin tam  olaraq ödənişsiz  olmasıdır.  Beynəlxalq  kodlaşdırma  sistemi  sayılan  “ORCID”  bazası dünya müstəvisində beş yüzdən çox elmi təşkilat, universitet, elm mərkəzi və

digər  kodlaşdırma  sistemləri  ilə sıx  əməkdaşlıq  edir  və  digər  akademik sistemlər  tərəfindən  də  tam  dəstəklənir.  Hal  hazırda  on  milyondan  çox tədqiqatçı, araşdırmaçı və akademik şəxsiyyətlər və görkəmli alimlər  “ORCID” sistemində qeydiyyatdan  keçmişlər.  Bu  sistem  hər  bir  araşdırmaçı  və

tədqiqatçıya  16  rəqəmli  kod  verməklə  bənzər  və oxşar  adlı  şəxsləri digərlərindən  ayırd  edir.  16  rəqəmli  kod sanki tədqiqatçı  və elmi  şəxsiyyətin şəxsiyyət vəsiqəsidir. Bu sistem fərdi şəkildə qeydiyyat tələb edir. Bu səbəbdən bir çox  elmi və  akademik jurnallar məqalə ilə yanaşı  tədqiqatçının  “ORCID” kodunuda  tələb  edirlər.  Nümunə  üçün  Azərbaycan  Respublikasında “Metafizika” jurnalı “ORCID” kodunu məqalə göndərən şəxs üçün zəruri hesab edir. 

 

ORCID”ın faydası

“ORCID” kod sistemində alim və yazar hər şeydən öncə ölkəsini, təhsilini, çalışmalarını, plan-prospektini güvənli bir şəkildə qeyd edə bilər. Dünyanın hər hansı bir  yerindən  asılı olmayaraq,  “ORCID”  kodu  qeydiyyatdan keçən şəxsə verilir. 

- “ORCID”  kod  sistemi vasitəsilə kimlik xətaları  sıfıra  enir.  Ad  və soyad bənzəmə və oxşarlığından qaynaqlanan bir çox problemlər aradan qalxır. 

-  Qeydiyyatdan  özünüz  keçir  və tamamıilə  özünüz  kontrol  edirsiniz.

Məlumatlarınızın hansı qismini yazıb, hansı qismini yazmamağınız sizə aiddir. İstənilən məlumatı özünüz barədə paylaşa, edit edə və silə bilərsiniz. “ORCID” bazasının  digər bir  özəlliyi qeyd  edilən  məlumatların  kimlər  tərəfindən görə biləcəyini fərdin özü müəyyənləşdirir. Fərd məlumatların görüntülənməsinin üç əsas kateqoriyadan birinə; hər kəs, bəzi şəxslər və yalnız fərdin özü xanasını

vurmaqla seçə bilər.

- Hal hazırda bir çox elmi elmi və akademik sistemlər “ORCID” bazası ilə yaxından əməkdaşlıq edirlər. 

- “ORCID” bazasında qeydiyyatdan keçmək zaman qazandırır. Fərd həm öz karyerasını orada qeydiyyata salır. Sanki özü üçün online elmi və akademik bir CV bazası yaradır. 

- Araşdırmaçı və tədqiqatçının  elmi  və akademik  çalışmalarını tanıtdırır.

Bu  minvalla bənzər  və oxşar  bəzi  elmi  işlərin  qarşısı  alınır.  Digər  tərəfdən aydınlaşmamış tədqiqatlara tərəf yönləndirir. 

- Görülmüş işlərin təkrarının qarşısı tam şəkildə alınır. Tədqiqatçılar digər alimlərin fəaliyyətindən də məlumatlanırlar. 

-  Tədqiqat  və  təhqiqat  işlərinin  kəşf  edilməsi  və  bilinməsini  artırır. Asanlıqla  digər  akademik  şəxsiyyətlər  sizin  və  tədqiqatlarınızın  barəsində məlumat əldə edə bilirlər.  

- “ORCID” beynəlxalq 16 rəqəmli kodu ömür boyu sizə aid qalır. “ORCID” açıq, beynəlxalq, kütləvi,  samballı və çox disiplinli bir kodvermə sistemidir. Bir çox dil və sahələri özündə ehtiva edir. Alimlər elmi və akademik karyeralarının hər zamanında ondan yararlana bilərlər. 

-  Tədqiqatçıya  aid  elmi  işlər  və  fəaliyyətlərinin  toplu  şəkildə görüntülənməsi.

- Elmmetrik təhlil və analizlərdə məlumatların istifadə edilə bilməsi.

- Təşkilatlar arasında tədqiqatçıların dəyərləndirilə bilməsi.

-  İşlədiyi  təşkilata  verdiyi  elmi  töhfələrin  ortaya  çıxması  üçün  də əhəmiyyətlidir. 

- Qeydiyyatdan keçmək və istifadə etmək ödənişsizdir. 

 

 “ORCID” kodunun əldə edilməsi

“ORCID”  bazasında  qeydiyyatdan  keçmək  üçün  hər  şeydən  öncə “ORCID”  saytına  daxil  olursunuz. Saytın  internet  üzərindən  ünvanı  belədir: https://orcid.org/. ;;; 

Sonra  saytın  qeydiyyat  bölməsini  açaraq,  qeydiyyatdan  keçirsiniz.

Bazanın qeydiyyat bölməsinin ünvanı: https://orcid.org/register.  

Burada sizə zəruri şəkildə lazım olan bilgilər ad, soyad, ilk e-posta, əlavə e-posta adresi və pasvorddur. 

Qeyd  etmək  yerinə düşər  ki,  pasvord  qeyd  edərkən  mütləq  ən  az  8 karakterli  olduğuna,  ən az bir hərf və  ya simbol və 1 ədəd  olmasına  diqqət yetirin. Qeydiyyatdan keçərkən  şərtlərin  (Terms of  Use) qəbul  edilməsini və “I`m not robot” xanasını işarələmək zəruridir. 

Daha sonra “Register”’ vuraraq qeydiyyatdan tam şəkildə keçə bilərsiniz.

Qeydiyyatdan keçdikdən  sonra  şəxsi məlumatlarınızı,  təhsilinizi, vəzifələrinizi, mükafatlarınızı və yazı, şeir, tədqiqat, kitab, konfrans materialı, elmi rəy, qəzet materialı və digər ədəbi, elmi və akademik işlərinizi qeyd edə bilərsiniz. 

“ORCID” beynəlxalq 16 rəqəmli kodunuzu digər elmi profil hesablarınıza bağlaya  bilərsiniz.  Nümunə  üçün  qeyd  edək  ki,  “Web  of  Science”  elmi bazasının “Pablons” bölməsində qeydiyyatdan keçdikdən sonra profilinizin sol tərəfində olan  “Settings”  bölməsində “account”a  vurduqda,  istifadəçini  digər

profillərlə bağlantı  qurmaq  üçün yönləndirəcəkdir. Burada “ORCID”i  seçərək, profilləriniz arasında bağlantı qura bilərsiniz. 

Nəticə

“ORCID” tədqiqatçı və araşdırmaçıların məlumatların yerləşdirılməsi üçün hazırlanan  beynəlxalq  bazadır.  Bu  sistem  qeydiyyatdan  keçən  hər  bir tədqiqatşıya 16  rəqəmli kod  verir. Bu  kod vasitəsilə tədqiqatçı  və akademik şəxsiyyətlər  tanınır.  Bu  beynəlxalq  sistem  online  CV  xarakteri  daşıyır.  Əgər akademik  şəxs  burada olan  məlumatları  tam  şəkildə doldurmuşsa  istənilən yerə  sadəcə öz  126  rəqəmli  kodunu göndərməklə  digərlərini də  həm  şəxsi məlumatları, həmdə elmi fəaliyyəti ilə tanış edə bilər. Hazırda dünyada bir çox elmi  təşkilatlar  və akademik  jurnallar  “ORCID”  kodunu  tələb  edirlər.  Bu səbəbdən Azərbaycanlı tədqiqatçılar,  elm  adamları, akademik şəxsiyyətlər və yazarların  bu  beynəlxalq  elmi  bazada  qeydiyyata  düşmələri  və  sistemdə görünmələri  təklif olunur.  Həmçinin bu  16  rəqəmli kod  vasitəsilə  digər  elmi qazalara da qoşulma imkanları olacaqdır. 

Sonda şəxsi 16 rəqəmli “ORCID” kodu nümunə üçün yerləşdiririk:

 https://orcid.org/0000-0001-5830-6764

 

ƏDƏBİYYAT

1. https://orcid.org/

2. https://en.wikipedia.org/wiki/ORCID

3. https://orcid.org/0000-0001-5830-6764

                                                                                                            https://www.researchgate.net/publication/351885023_

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR