Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Xuraman Hümmətova. Təsəvvüf Azərbaycan ədəbiyyati kontekstində

04-09-2023 [ 13:29 ] [ oxunub:130 ]
printerA+ | A-
103631

   Elmi redaktor:  fil.e.d, professor: İmamverdi Həmidov

  Rəyçilər :       fil.e.d,  professor:   Məmməd Əliyev     

                         fil ü. f.d.      Zəhra Allahvediyeva

 Bakı - 2023 

Oxuculara təqdim olunan kitabda ayrı-ayrı sənət­kar­ların yaradıcılığında təsəvvüf probleminin inkişaf dinamikası araşdırılıb. Bu inkişaf öz başlanğıcını xalq yaradıcılığından alaraq, xalq sufizminin formalaşmasında özünü doğruldub. Sonradan bu inkişaf yazılı poeziyada ədəbi təsəvvüfün yaranmasında baza rolunu oynayıb.

Klassik poeziyanın əsas strukturunu təşkil edən ezoterik bilgilərin Azərbaycan şeirində aparıcı rol oynaması diqqət mərkəzinə çəkilərək ona aydınlıq gətirilib. 

Burada təsəvvüfün klassik Azərbaycan  ədəbiyyatında  mütərəqqi ideya və motivlər üçün əsas fikir qaynağı olması diqqət mərkəzinə çəkilir. Deməli, orta əsr sənətkarları bu qaynağa biganə qalmamış, sufi ideya və motivlərindən yaradıcı şəkildə istifadə etmişlər. Həm də kitabda yer alan məqalələrdə təsəvvüfün sənətkarlara öz mütərəqqi ideyalarını yaymaq üçün bir vasitə  olduğu  açıqlanır.

SİZƏ MARAQLI OLA BİLƏR