Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda təhsil alan magistrlərin diplom müdafiəsi keçirilib. Müdafiədə elmi
katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Günay Qarayeva, İxtisaslaşdırılmış Müdafiə
Şurasının üzvləri, magistrlərin elmi rəhbərləri və başqaları iştirak ediblər.
Türk xalqları ədəbiyyatı ixtisası üzrə İlahə Rüstəmova, Leyla Ələsgərova, Nəzrin Əliyeva, Azərbaycan ədəbiyyatı ixtisası üzrə Billur Əlizadə, Lalə
Seyidzadə və Günel Musazadə magistr dissertasiyalarını uğurla müdafiə ediblər.