Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

İclaslar

Ədəbiyyat İnstitutunun Elmi şurasında birinci yarımilin hesabatı

23-06-2023 [ 09:40 ] [ oxunub:362 ]
printerA+ | A-
103577

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasında 2023-cü il üçün yarımilik hesabat dinlənilib. İclasda
şuranın üzvləri, akademik Teymur Kərimli və başqaları iştirak ediblər. Birinci yarımilə aid nəşrlərdən ibarət sərgi nümayiş olunub.
Elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı Ədəbiyyat İnstitutunun 2023-cü ilin I yarımili üçün elmi hesabatını təqdim edib. Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası
ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərin yerinə yetirilməsinə uyğun olaraq institutda görülmüş işlər barəsində məlumat verib. Azərbaycan Respublikasında
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq birinci
yarımildə keçirilən tədbirləri diqqətə çatdırıb. Ümumilikdə 49 kitab və monaqrafiya, 46-sı xaricdə olmaqla 524 məqalənin çap olunduğunu bildirib. Elmi
kadrların hazırlanması istiqamətində hesabat ilində 3 nəfərin elmlər doktoru, 7 nəfərin fəlsəfə doktoru, 4 nəfərin dosent elmi adı almasını qeyd edib.
Elmi şurada AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli filologiya üzrə fəlsəfə doktoru, dosent Safura Quliyevaya 80 illik yubileyi münasibəti ilə Fəxri
Fərman təqdim edib.
Akademik İsa Həbibbəyli gündəlikdəki “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” və
“Ədəbiyyatşünas alim Şamil Salmanovun 90 illik yubileyinin keçirilməsi” məsələləri ilə bağlı fikirlərini bildirib. Səsə qoyulan məsələlər qəbul edilib.
Elmi şurada Humanitar elmlər bölməsinin nümayəndəsi olaraq akademik Teymur Kərimli çıxış edərək Ədəbiyyat İnstitutunun hesabat yarımilində gördüyü
işləri yüksək qiymətləndirib. İnstitut əməkdaşlarından akademiyanın müxbir üzvü Nüşabə Araslı, professorlar Vüqar Əhməd, İmamverdi Həmidov və Tahirə
Məmməd də çıxışlarında görülən işləri təqdir ediblər.

 

FOTO QALEREYA