Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Alimlərimiz II Uluslararası Ege Sosial və Humanitar elmlər konqresində

16-06-2023 [ 13:58 ] [ oxunub:24 ]
printerA+ | A-
103544

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin dəstəyi ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bir qrup alimi 12-13 iyun tarixlərində Türkiyənin İzmir şəhərində keçirilən II Uluslararası Ege Sosial və Humanitar elmlər konqresinə ezam olunmuşdur. Türkiyənin Ege Universiteti, Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutu, Karakalpak Dövlət Universiteti, Daşkənd Pedoqoji Universiteti və İKSAD Institutunun təşkilatçılığı ilə Türk dünyasının elmi-ictimai  əlaqələri çevrəsində keçirilən beynəlxalq elmi konqresdə  ölkəmizi AMEA - nın  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçıləri - fil.f.d., dos. Zəhra Allahverdiyeva, fil.f.d., dos. Təhminə Bədəlova, elmi işçi Samirə Əliyeva və kiçik elmi işçi Lalə Paşayeva təmsil edibdirlər.

Zəhra Allahverdiyeva:"Nizami Gəncəvi və Xacu Kirmanı əsərlərində türk -abdal(dərviş) obrazları", Təhminə Bədəlova: "Nizami Gəncəvinin məsnəvilərində Türk hökmdarlarının mədhi", Samirə Əliyeva: "Fəxri və Şeyxinin "Xosrov və Şirin"inin tərcümələrinin muqayisələri", Lale Paşayeva: "Nevizade Ətəyinin "Həft xan" məsnəvisində atalar sözləri və məruzələri ilə çıxış edibdirlər".

Konfransın təşkilat komitəsinin rəhbərləri - Daşkənd Kimya Texnologiya İnstitutunun direktoru Gülbahar Tavaldiyeva, Ege Universitetinin Sosial Bilimlər bölməsinin direktoru  Mustafa Mutluer, İKSAD Institutunun direktoru Sefal Saleh Bildirici və başqaları Azərbaycan elminin son dövrlər yüksək nailiyyətlər qazandığını qeyd edərək, alimlərimizə öz  təşəkkürlərini bildirmişlər.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR