Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Mir Cəfər Pişəvərinin “Gizli imzalı məqalələr (1945-1946)” - Rəhim Əliyev

01-05-2023 [ 10:36 ] [ oxunub:25 ]
printerA+ | A-
103314

Mir Cəfər Pişəvərinin “Gizli imzalı məqalələr (1945-1946)” kitabı işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan  ədəbiyyatı şöbəsinin müdiri, professor Rəhim Əliyevin ideya müəllifliyi və tərtibçiliyi ilə Mir Cəfər Pişəvərinin “Azərbaycan” qəzetində “Gizli imzalı məqalələr (1945-1946)” kitabı işıq üzü görüb.

Filologiya elmləri doktoru Rəhim Əliyev kitaba “M.C.Pişəvəri “Azərbaycan” qəzetində və ya gizli “Novruz” imzası haqqında” adlı geniş “Ön söz” yazıb.

Kitabın redaktoru həmin şöbənin böyük elmi işçisi Elmira Bağırovadır. Ərəb əlifbasından Hökümə Allahverdiyeva, farscadan İbrahim Quliyev Babək, Yədulla Kənani, Arif İbrahimov, Hökümə Allahverdiyeva və Həsən Səfəri çeviriblər.

Yeni kitabdakı əsas məqalələr M.C.Pişəvərinin açıq imzası ilə ilk dəfə çap olunur. Onlar 1945-ci ilin sentyabr-dekabr aylarında yazılıb. “Gizli imzalı məqalələr” kitabındakı məqalələrin yazıldığı vaxtdan 80 il keçməsinə baxmayaraq, onlar Pişəvərinin Bakıda ərəb əlifbası ilə 1961-ci ildə, kirillə 1984-cü ildə, latınla 2016-cı ildə çapdan çıxmış məqalə kitablarına salınmayıb. Bunun səbəbləri haqqında “Ön söz”də Rəhim Əliyev ətraflı bəhs edib.

M.C.Pişəvərinin “Azərbaycan” qəzetində müxtəlif imzalarla çoxlu məqalələri çıxıb. Bu kitabda ilk dəfə olaraq ancaq “Novruz” gizli imzası ilə 80 il əvvəl dərc edilmiş anadilli və farsca məqalələrin tərcümələri yer alıb. Kitabda Pişəvərinin Ş.M.Xiyabani haqqında böyük və naməlum araşdırması da verilib.

SİZƏ MARAQLI OLA BİLƏR