Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Elmlər doktorları

Babayeva Eşqanə Akif qızı

20-04-2023 [ 12:13 ] [ oxunub:391 ]
printerA+ | A-

Vəzifəsi: Baş elmi işçi; Mehmet Akif Ərsoy Türkiyə ədəbiyyatı mərkəzinin müdiri

Əlaqə: xidməti tel. (994 12) 538 41 80;

E-mail: eshqane@mail.ru

Anadan olduğu yer: Azərbaycan Respublikası, Cəlilabad rayonu, Alar kəndi

Təvəllüdü: 01.03.1982

Bitirdiyi ali təhsil müəssisəsi: Qafqaz Universiteti

Elmi dərəcəsi: Filologiya elmləri doktoru

Elmi adı: Dosent

Namizədlik (PhD) dissertasiyasının mövzusu: “Nəcib Fazil Qısakürəyin yaradıcılıq yolu”. 5717.01. Türk xalqları ədəbiyyatı.

Doktorluq (PhD) dissertasiyasının mövzusu: “1920-40-cı illər türk romanında bədii konflikt” (5717.01 – Türk xalqları ədəbiyyatı; 5715.01 – Ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid və təhlil)

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 150-dən çox

-xaricdə çıxmış elmi əsərlərinin sayı: 56

-beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: 17

Elmi əsərlərinin adları

1.”Nəcib Fazil Qısakürəyin yaradıcılıq yolu”, Bakı, Elm və təhsil, 2013,196s.

2. “Qısakürək N.F. Bir adam yaratmaq” Ön sözün müəllifi və tərc edən Eşqanə Babayeva, 2013, 176 s.

3. “Azərbaycandan baxarkən modern türk yazıçısı Bəxtiyar Aslan”. (Kollektiv), Tərt.ed. və türk dilinə tərc.edən E.Babayeva, Bakı: Elm və təhsil, 2021, 150 s.

Pedaqoji fəaliyyəti: 

2004-2009-cu və 2015-2017-ci illərdə Qafqaz Universiteti Dil tədrisi kordinatorluğunda müəllim vəzifəsində çalışmışdır. Hazırda, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Türk xalqarı ədəbiyyatı ixtisası üzrə magistrlərə “Cümhuriyyət dövrü Türkiyə ədəbiyyatı” fənnini tədris edir, eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin SABAH qruplarında müəllim kimi fəaliyyət göstərir.

Digər fəaliyyəti:

 2010-cu ildən 2022-ci ilə qədər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri; 2013-cü ildən 2021-ci il dekabr ayına qədər Azərbaycan Milli Elmlər Akademiyası üzrə Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) sədrinin elmi işlər üzrə müavini; “Türk xalqları ədəbiyyatı” məqalələr toplusunun məsul katibi (2011-2013); “Gənc tədqiqatçı” elmi-jurnalının redaksiya heyətinin üzvü (2013-2021) olmuşdur. Biləcik Universiteti “Oğuz-Türkmən araşdırmaları” beynəlxalq-elmi jurnalın redaksiya heyətinin üzvüdür.  2010-2021-ci illərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şuranın üzvü olmuşdur. Hazırda, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Türk xalqları ədəbiyyatı ixtisası üzrə Elmi Seminarın üzvüdür. 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fondunun qrant layihə müsabiqəsinin nəticələrinə görə “XX əsrin ilk yarısı türk romanında multikulturalizm” mövzusunda elmi-fundamental tədqiqat layihəsinin (EİF/GAM-3-2014-6(21)-FT) qalibi olmuşdur. Dəfələrlə müxtəlif Dissertasiya Şuralarında (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu və s.) ekspert və opponent kimi çıxış etmişdir. 18 yanvar 2022-ci ildə “1920-1940-cı illər türk romanında bədii konflikt” mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir.

İştirak etdiyi təlimlər:

2016-cı il 06-14 iyun tarixlərində Türkiyədə Qazi Universitetində “Elmi və metodik dərslər” təlimində; 2022-ci il 24-26 noyabr tarixində Şamaxıda ETN SABAH qrupları layihəsinin professor, müəllim heyəti və əməkdaşları üçün peşə ixtisası təlimində iştirak etmişdir

Təltif və mükafatları: 

1. 2000-2004-cü illərdə (Qafqaz Universitetində, bakalavr pilləsi üzrə) dərslərində əldə etdiyi yüksək nailiyyətlərə görə “Universitet Birincisi” mükafatına layiq görülmüşdür.

2. AYB-nin yaradıcı gənclər üçün təsis etdiyi Prezident təqaüdünə layiq görülmüşdür (2013).

3. AMEA Rəyasət Heyətinin 28 may Respublika günü münasibəti ilə elan etdiyi müsabiqədə iştirak etmiş, “Nəcib Fazil Qısakürəyin yaradıcılıq yolu” adlı monoqrafiyasına görə I kateqoriya üzrə mükafata layiq görülmüşdür (2013).

4. Çağdaş Azərbaycan ədəbiyyatşünaslığı, Türk xalqları ədəbiyyatı sahəsində səmərəli elmi fəaliyyətinə görə “Xurşidbanu Natəvan” mükafatına layiq görülmüşdür (2015).

5. AR Prezdenti yanında Elmin İnkişaf Fondunda “XX əsrin ilk yarısı türk romanında multikulturalizm” (EİF/GAM-3-2014-6(21)-FT) mövzusunda elmi-fundamental tədqiqat layihəsinin qalibi olmuşdur .

6. Ədəbiyyatşünaslıq elmi sahəsində səmərəli fəaliyyətinə görə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi “İlin gənc alimi” mükafatına layiq görülmüşdür (2015) . 

7. «Bakı Elm Festivalı-2014»də təşkilatçılıq işində fəaliyyətinə və elmi məruzəsinə görə (“Təşəkkürnamə”, şəxsi işinə yazılmaqla) təltif edilmişdir.

8. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyinin hazırlanmasında fəal və səmərəli fəaliyyətinə görə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təşəkkürnaməsi (şəxsi işə yazılmaqla) ilə təltif edilmişdir (2016). 

9. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyi münasibəti ilə ədəbiyyatşünaslıq  elminin inkişaf  etdirilməsində və yüksək ixtisaslı kadrların hazırlanmasında göstərdiyi məhsuldar elmi fəaliyyətinə görə AMEA Humanitar Elmlər bölməsinin Fəxri Fərmanı ilə təltif edilmişdir (2018).

 

SİZƏ MARAQLI OLA BİLƏR