Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Elmi şura

Elmi şuranın növbəti iclası keçirilib

08-02-2023 [ 16:04 ] [ oxunub:478 ]
printerA+ | A-
103089

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclasda şuranın üzvləri, İnstitutun ayrı-ayrı şöbələrinin müdirləri iştirak ediblər. Elmi şuranı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb.

 

Akademik İsa Həbibbəyli gündəlikdəki “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlər və nəşrlər haqqında”, “Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərə dair”, “AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyinin qeyd olunması haqqında”, “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2023-cü il üçün elmi tədqiqat işlərinin əhatəli planının təsdiq edilməsi haqqında” və digər məsələrlə iştirakçıları tanış edib. Qarşıda duran vəzifələr barəsində çıxış edən akademiya prezidenti görüləcək işlərdən bəhs edib.

Sonra institutun əməkdaşlarından Tahir Məsimov – 75, İlham Məmmədli – 60, Sevil Əfəndiyeva – 75 illik yubileyləri münasibətilə institutun Fəxri Fərmanı ilə təltif olunublar.

Elmi şurada Təhsil şöbəsinin müdiri Samir Səttarov “Elmlər və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyadan keçməsinə dair” məlumat verib.

Elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı gündəlikdəki digər məsələr haqqında məlumat verib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR