Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Rəsmi xəbərlər

Azərbaycanın Tehrandakı səfirliyində törədilmiş terror aktını şiddətlə qınayırıq - AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli və Akademiyanın kollektivi

27-01-2023 [ 16:09 ] [ oxunub:2052 ]
printerA+ | A-
103052

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli və Akademiyanın kollektivi bu gün ölkəmizin Tehrandakı səfirliyində törədilmiş terror aktını şiddətlə qınayır.

Terror hadisəsinin qarşısını alarkən qəhrəmancasına həlak olmuş səfirliyimizin əməkdaşı baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik.

Azərbaycan alimləri hər zaman dövlətimizin yanındadır və diplomatlarımızla həmrəydir.