Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

ELMİ TOPLULAR

“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı (2021, №2)

09-03-2022 [ 14:18 ] [ oxunub:304 ]
printerA+ | A-
102092

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin elmi jurnalı olan “Filologiya və sənətşünaslıq” dərgisinin 2021-ci ilə aid ikinci sayı nəşr olunub. Jurnalın təsisçisi Azərbaycan Milli Elmlər Akademiyasıdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 30.05.2019-cu ildə qeydiyyata alınıb. Jurnal 2019-cu ilə qədər “Xəbərlər” (Humanitar elmlər seriyası) adı ilə çap olunub.

“Filologiya və sənətşünaslıq” elmi jurnalının baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Jurnalın bu sayı akademik İsa Həbibbəylinin “Nizami Gəncəvinin “İsgəndərnamə”si: Azərbaycan ədəbiyyatının Şərəfnaməsi” məqaləsi ilə açılır.

 Jurnalın məsul katibi Həlimə Mehdiyeva, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Maral Poladova, baş redaktorun müavini AMEA-nın müxbir üzvü Ərtegin Salamzadədir. Redaksiya heyətinə bir sıra akademiklər və AMEA-nın müxbir üzvləri daxildir.

“Elm” nəşriyyatında çap olunan jurnalın bu sayı “Ədəbiyyatşünaslıq” “Dilçilik”, “Resenziya”, “Yubileylər” və “Xronika” bölmələrindən ibarətdir. “Bələdçi” Azərbaycan, ingilis və rus dillərindədir. Bu sayda “Nizami Gəncəvi İli” bölümündə dörd müəllifin məqaləsi yer alıb. Əlizadə Əsgərlinin “Xilaskarlar” resenziyası isə professor Qəzənfər Paşayevin eyniadlı kitabından bəhs edir.

“Filologiya və sənətşünaslıq” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Rusiya, Belarus, Polşa və Gürcüstanın alimləri daxildir.

Jurnalda humanitar elmlər istiqaməti üzrə ədəbiyyatşünaslıq, Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, müqayisəli ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik, sənətşünaslıq,  mətbuat tarixi və publisistika sahələri üzrə elmi-tədqiqat əsərləri nəşr olunur.