AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 21.01.2022-ci il tarixində “Ədəbiyyat nəzəriyyəsi” fənnindən imtahan keçirilib.İmtahan karantin rejiminin tələblərinə uyğun şəkildə təşkil olunub.İnstitutun icraçı direktoru fil.f.d., dos. Mehman Həsənli, fənn müəllimi fil.e.d., prof. Tahirə Məmməd, Təhsil şöbəsinin müdiri,sos.f.d. Samir Səttarov imtahanda iştirak edərək magistranlara uğurlar arzu edib.