14.01.2022-ci il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2021/2022-ci tədris ili üzrə magistrantların qış imtahan sessiyası başlanıb. İmtahanda institutun Ikursda təhsil alan 6 magistrantı Ədəbiyyatşünaslığın tarixi və metodolgiyası fənnindən imtahan verib.İnstitutun icraçı direktor Mehman Həsənli, Təhsil şöbəsinin müdiri sos.f.d. Samir Səttarov, fil.e.d, dos. Əlizadə Əsgərli imtahanda iştirak edərək magistrantlara uğurlar arzu edib.İmtahan karantin rejiminin tələblərinə uyğun şəkildə təşkil olunub.Tələbələr onlara ayrılmış vaxt müddətində imtahan suallarını yazılı olaraq cavablandırıb.