Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Humanitar və İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

24-12-2021 [ 10:48 ] [ oxunub:58 ]
printerA+ | A-
101795

Dekabrın  23-də AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli açaraq gündəlikdə duran elmi-təşkilati məsələlər haqqında məlumat verib. Akademik İsa Həbibbəyli ölkəmizdə tarixi zəfərin ildönümü kimi qeyd olunan 2021-ci ildə İctimai Elmlər Bölməsinin müəssisələrində çoxsaylı səmərəli elmi-tədqiqat işləri və tədbirlərin həyata keçirildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda İctimai Elmlər Bölməsinə daxil olan müəssisələrin – A.A.Bakıxanov adına Tarix, Arxeologiya, Etnoqrafiya və Antropologiya, akademik Z.Bünyadov adına Şərqşünaslıq, Fəlsəfə və Sosiologiya, İqtisadiyyat, Hüquq və İnsan Haqları, Qafqazşünaslıq, Elm Tarixi institutlarının və Milli Azərbaycan Tarixi Muzeyinin 2021-ci ildə elmi-təşkilati fəaliyyətləri haqqında hesabatları dinlənilib, bir sıra məsələlər geniş müzakirə edilib.

Akademik İsa Həbibbəyli cari ildə bölmənin elmi-tədqiqat müəssisələrində 2263 əsərin nəşr edildiyini, bunlardan 136-sının kitab və monoqrafiya (16-sı xaricdə), 1733-nün məqalə (328-i xaricdə) 383-nün tezis­ (137-si xaric­də) olduğunu vurğulayıb.  Bölmə üzrə 51 məqalə isə impakt faktorlu jurnalda işıq üzü görüb.

Qeyd olunub ki, hesabat ilində bölmənin müəssisələrin­də 18  beynəlxalq konfrans, 1 beynəl­xalq elmi seminar, 20 respublika konfransı, 56 elmi seminar, 4 elmi sessiya, 5 kitab  təqdimatı, 6 görüş, 27 dəyirmi masa, o cümlədən institutların Elmi şuralarının 81 iclası keçirilib.

Daha sonra akademik İsa Həbibbəyli ictimai elmlərin qarşısında duran vəzifələrdən söz açıb, kadr hazırlığının daha da gücləndirilməsi, həmçinin əməkdaşların məqalələrinin impakt faktorlu jurnallarda dərc olunması və s. istiqamətlərdə tapşırıq və tövsiyələrini verib.

İclasda Hüquq və İnsan Haqları İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR