Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Salidə Şərifova. Qərb və Şərq ədəbiyyatında janr qarışığının nəzəri problemləri və ədəbi təsiri (rus dilində)

15-09-2021 [ 12:50 ] [ oxunub:84 ]
printerA+ | A-
101163

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, AMEA-nın professoru, filologiya elmləri doktoru Salidə Şəmməd qızı Şərifovanın  “Qərb və Şərq ədəbiyyatında janr qarışığının nəzəri problemləri və ədəbi təsiri” (“Теоретические проблемы жанрового смешения и литературного влияния в западной и восточной литературе”) adlı kitabı Moskvanın “U Nikitskix vorot” (“У Никитских ворот”) nəşriyyatı tərəfindən nəşr edilib. Kitabın rəyçiləri, AMEA-nın həqiqi üzvü, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli və Rusiya EA-nın müxbir üzvü, M.A. Qorki adına Ədəbiyyat İnstitutunun direktoru Vadim Polonskidir.

530 səhifəlik “Qərb və Şərq ədəbiyyatında janr qarışığının nəzəri problemləri və ədəbi təsiri” (“Теоретические проблемы жанрового смешения и литературного влияния в западной и восточной литературе”) adlı kitab beş fəsildən ibarətdir. Kitab AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 iyul 2019-cu il tarixli 6 saylı qərarı ilə çapa tövsiyə olunub.

Kitabın PDF variantı   Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun saytındakı onlayn kitabxanada yerləşdirilmişdir. 

Kitabı oxumaq üçün bax:  https://literature.az/raAdmin/uploads/files/2021/09/15/22/affd2e612ca7e9bb1fe0ad590f03b6ab.pdf