Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çapdan çıxıb

20-04-2021 [ 16:14 ] [ oxunub:125 ]
printerA+ | A-
100770

AMEA Rəyasət Heyətinin elmi jurnalı olan “Filologiya və sənətşünaslıq” jurnalının 2020-ci il üzrə ikinci sayı işıq üzü görüb.

Nəşrin baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Jurnalın bu sayı akademik İsa Həbibbəylinin “Dədəm Qorqud: Azərbaycan ədəbiyyatının Homeri” məqaləsi ilə açılır.

Jurnalın məsul katibi Həlimə Mehdiyeva, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, baş redaktor müavinləri AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və filologiya elmləri doktoru Əlizadə Əsgərlidir. Redaksiya heyətinə bir sıra akademiklər və AMEA-nın müxbir üzvləri daxildir.

“Elm” nəşriyyatında çap olunan jurnalın bu sayı “Ədəbiyyatşünaslıq” “Dilçilik”, “Sənətşünaslıq”, “Resenziyalar”, “Yubileylər” və “Xronika” bölmələrindən ibarətdir. “Bələdçi” Azərbaycan, ingilis və rus dillərindədir