Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Elmi şura

Ədəbiyyat İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib

08-04-2021 [ 19:39 ] [ oxunub:248 ]
printerA+ | A-
100733

Ədəbiyyat İnstitutunun Elmi şurasının 2021-ci ildə  növbəti iclası keçirilib. İclasda şuranın üzvləri, İnstitutun ayrı-ayrı şöbələrinin müdirləri ilə yanaşı, Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç və TİKA-nın nümayəndəsi Elmir Laçın da iştirak ediblər.

Elmi şuranı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. Akademik İsa Həbibbəyli bildirib ki, Türkiyəli ziyalıları Elmi Şuramıza dəvət etmək artıq bir ənənəyə çevrilib. Sonra institutun əməkdaşları  filologiya üzrə fəlsəfə doktorları Rauf Sadıxovu 80, Şahbaz Musayevi 60, Təranə Aslanovanı 60 illik yubileyləri münasibətilə təbrik edib. “İlin alimi” nominasiyasının qalibləri filologiya elmləri doktorları İslam Qəribliyə, Bəsirə Əzizəliyevaya və “İlin gənc alim” nominasiyası üzrə Gülnar Qasımlıya diplom təqdim edilib.

Türkiyədə “Yunus Əmrə ili” və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qarşıda duran vəzifələri barəsində danışan Akademik İsa Həbibbəyli

əlavə edib ki, “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ili “Yunus Əmrə ili” elan edib. Bu münasibətlə əlimizdən gələn dəstəyi etməyi özümüzə borc bilirik. “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin üçüncü cildində Yunus Əmrəyə ayrıca oçerk həsr edilib. Bunlardan əlavə TİKA və Bakı Yunus Əmrə İnstitutu ilə birgə bir sıra layihələr həyata keçirəcəyik. Yunus Əmrənin kitabını çap etdirib, ona həsr olunan konfrans təşkil edəcəyik. Həmçinin onun Qaxdakı qəbrininin ziyarəti nəzərdə tuturuq”.

Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç və TİKA-nın nümayəndəsi Elmir Laçın çıxış edərək qarşılıqlı əməkdaşlıqdan məmnun qaldıqlarını bildiriblər.

Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun adlı mükafatlarının təsis edilməsi haqqında məsələyə baxılıb, Həmid Araslı, Məmmədcəfər Cəfərov, Yaşar Qarayev, Abbas Zamanovun adını daşıyan mükafatların təsis edilməsi məsələsi müzakirə olunub.

İnstitutun Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslının 80 illik yubileyinin qeyd edilməsi, Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Çingiz Sasaninin 90 illik yubileyinin qeyd edilməsi, Azərbaycan ədəbiyyatı tarixinin VIII cildinin (Müstəqillik dövrü) hazırlıq vəziyyəti haqqında məsələlər də müzakirə olunub.

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli İnstitutun “Azərbaycan ədəbiyyatşünaslığı”, “Poetika.izm”, “Müqayisəli ədəbiyyatşünaslıq”, Humanitar və İctimai Elmlər Bölməsinin “Filologiya və sənətşünaslıq” jurnallarının Türkiyənin idealonline elmi bazasına daxil edilməsi haqqında və İnstitutun elmi jurnallarının beynəlxalq standartlara uyğun hazırlanması istiqamətində əldə olunan nəticələr və qarşıda duran vəzifələrdən danışıb.

Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov 2020-ci il üçün fəlsəfə doktorluğu hazırlığı üzrə doktoranturaya qəbul olanların elmi rəhbərlərinin və mövzularının təsdiqi barəsində məlumat verib.

Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Xilaskarlar” adlı monoqrafiyası (Elmi redaktor və ön sözün müəllifi: akademik İsa Həbibbəyli, rəyçi: akademik Nizami Cəfərov) çapa tövsiyə olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR