Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

Professor Vüqar Əhməd "Abay sözü" beynəlxalq onlayn-konfransda iştirak etmişdir

26-11-2020 [ 20:18 ] [ oxunub:199 ]
printerA+ | A-
100357

"Çimkent - MDB-nin mədəniyyət paytaxtı-2020" proqramı çərçivəsində  Çimkənt şəhərində (Qazaxıstan) böyük qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş "Abay sözü" onlayn-oxuları keçirilmişdir. Tədbirdə MDB və digər xarici ölkələrdən 253 nümayəndə canlı və onlayn olaraq iştirak etmişdir. Azərbaycandan filologiya elmləri doktoru, professor AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Mətbuat tarixi və publisistika” şöbəsinin müdiri Vüqar Əhmədin onlayn-oxulardakı məruzəsi  maraqla qarşılanmışdır. Professor Vüqar Əhməd "Çimkent - MDB-nin mədəniyyət paytaxtı-2020"  proqramının təsis etdiyi diplomla təltif olunmuşdur.

Qeyd edək ki, Birliyin 2021-ci il Mədəniyyət Paytaxtının fəxri estafeti Düşənbə (Tacikistan Respublikası) şəhərinə təhvil verilmişdir.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR