Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Elmi şura

Ədəbiyyat İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib

05-11-2020 [ 15:07 ] [ oxunub:329 ]
printerA+ | A-
100289

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şurasının onlayn iclası keçirilib. Elmi şurada İnstitutun rəhbər işçiləri, şöbə müdirləri və digər əməkdaşlar iştirak ediblər. İclası giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb.

Akademik İsa Həbibbəyli gündəlikdə duran məsələlər və torpaqlarımızın işğaldan azadlığı uğrunda ölkəmizin apardığı müharibə barədə giriş nitqi söyləyib. Akademik bildirib ki, biz Azərbaycanın apardığı vətən müharibəsi şəraitində elmi şura keçiririk. Ədəbiyyat İnstitutunun bütün kollektivi adından, o cümlədən AMEA-nın rəhbərliyi və kollektivi adından ali baş komandanın rəhbərliyi ilə apardığımız müharibədə xalqımıza qələbə arzu edirəm. Azərbaycan Rrespublikasının Prezidenti cənab İlham Əliyev bir neçə cəbhədə mübarizə aparır. İlham Əliyevin sözün əsl mənasında dünya liderlərindən biri olduğunu bu müharibədə də hər kəs gördü. Azərbaycan xalqı birmənalı şəkildə inanır ki, Azərbaycanın şanlı ordusu yüksək profesionallıq nümayiş etdirərək zəfər çalacaq.

Akademik həmçinin əlavə edib ki, mətbuat səhifələrində akademiya alimlərinin, o cümlədən Ədəbiyyat İnstitunun əməkdaşlarının müharibə hadisələrinə, ali baş komandanın apardığı siyasətə, cəbhədə qazanılan uğurlara, Azərbaycan əsgərinə münasibətini ifadə edən məqalələr yayımlanır. Müharibə başlayan gündən 2 noyabr tarixinədək alimlər 346 münasibət bildirən yazı, 64 araşdırma məqaləsi çap etdirib, 119 dəfə müxtəlif televiziyalarda çıxış ediblər. Akademiyanın prezidenti akademik Ramiz Mehdiyev  tərəfindən dünyanın 73 Elmər Akademiyası və ya univerisitet rəhbərlərinə müraciətlər göndərilib. Akademiya ümumilikdə 400 min manata yaxın ordumuza yardım edib. Ədəbiyyat İnstitututu isə 10000 manat ödəyib. “Elm” qəzeti müharibə başlayandan ayda 4 dəfə nəşr edilərək bu məsələnin işıqlandırılmasında xüsusi əhəmiyyət kəsb edir.

Ölkəmizin haqq savaşına olan dəstəkdən söz açan akademik qeyd edib ki, mən qardaş Türkiyənin mənəvi dəstəyini ayrıca qeyd etmək istəyirəm. Onlar bizə həm beynəlxalq miqyasda, həm də ölkə daxilində çox böyük dəstək verir. Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun söylədiyi “Siz Qarabağda bu günə qədər qazandığınız zəfərlərlə türkün adını dastana yazdınız” sözləri çox qürurvericidir. Bu həqiqətən belədir, biz də qardaş Türkiyəyə minnətdarıq. Eyni zamanda Pakistan və digər dövlətlərin də birmənalı dəstəyini yüksək dəyərləndiririk. İnanıram ki, Azərbaycanın qəhrəman ordusu ən yaxın zamanlarda Xankəndinə, Şuşaya üçrəngli Azərbaycan bayrağını sancacaqdır.

Sonra gündəlikdəki digər məsələr müzakirə olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Məhəmməd Hadinin 140 illik, Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq İnstitutun icra etdiyi işlər haqqında məlumat verilib.

Təhsil şöbəsinin müdiri, sosiolofiya üzrə fəlsəfə doktoru Samir Səttarov isə Polşa Xalq Respublikasının Byalıstok Universiteti ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə Avropa Şurasının “Horizon - 2020” proqramı üzrə mobillik layihəsinin qalibi olması haqqında məlumat verib.

Eyni zamanda “Ədəbi proses - 2019” yaradıcılıq müşavirəsinin yekunları və İnstitutun şöbələrində 2020-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin müzakirə edilməsinin təşkili haqqında müzakirələr olub.

Günədlikdə olan həmin məsələlərdən sonra çapa tövsiyə olunan kitab və məqalələr elmi şura iştirakçılarına  təqdim edib. Həmçinin, 15 sentyabr 2020-ci il tarixində “Elm”qəzetində və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron saytında (www.literature.az) dərc olunmuş elana əsasən seçkilər yekunlaşıb.

SİZƏ MARAQLI OLA BİLƏR